“CanSat” tələbə model peyk müsabiqəsi

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “CanSat Azərbaycan 2023” tələbə model peyk müsabiqəsinin finalı keçiriləcək. 

Artıq müsabiqənin iki mərhələ­si – “Qeydiyyat” və “Layihələndirmə” öz işinə yekun vurub. Hazırda peyk modellərinin “Reallaşdırma” mərhələ­si davam edir. Bu mərhələdə ölkənin 10 təhsil müəssisəsini təmsil edən 76 tələbədən ibarət 15 komanda iştirak edir. 

İyunun 29-da baş tutacaq “Uçuş öncəsi yoxlamalar və final uçuş” mər­hələsinə keçən qaliblərin və iştirakçı komandaların siyahısı gələn ay elan ediləcək. 

Fidan SALMANOVA, “Xalq qəzeti”

Son xəbərlər