“ABB” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə!

post-img

Hörmətli səhmdar!

“Banklar haqqında” Azərbaycan Res­publikası Qanununun 24.5-ci maddəsinə əsasən , “Azərbaycan Beynəlxalq Ban­kı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - “ABB” ASC) idarə heyəti sizin nəzərinizə çatdırır ki, 30 may 2023-cü il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda Bankın səhmdarları­nın növbəti illik ümumi yığıncağı (bundan sonra – ümumi yığıncaq) keçiriləcəkdir.

Bununla yanaşı bildiririk ki, “ABB” ASC-nin nizamnaməsinin 8.10-cu mad­dəsinə əsasən səsvermənin qiyabi şəkil­də həyata keçirilməsi nəzərdə tutulmuş­dur.

Ümumi yığıncağın gündəliyinə aşağı­dakı məsələlər daxil edilmişdir:

1. “ABB” ASC-nin kənar auditor tərə­findən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə edilmiş 2022-ci ilin ma­liyyə hesabatının təsdiq olunması. 

2. 2022-ci ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi.

3. 2024-2026-cı illərin maliyyə nəti­cələrinə görə “ABB” ASC-nin əməkdaşla­rının mükafatlandırılması.

4. “ABB” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.

5. “ABB” ASC-nin müşahidə şurası haqqında əsasnamənin yeni redaksiyada təsdiq edilməsi. 

Ümumi yığıncağın gündəliyindəki məsələ üzrə materiallar 2023-cü il mayın 19-dan bankın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir. 

Azərbaycan Respublikası Mülki Mə­cəlləsinin 107-3.2-ci maddəsini və “ABB” ASC-nin nizamnaməsinin 8.10-cu bən­dini nəzərə alaraq qeyd edirik ki, ümu­mi yığıncağın gündəliyindəki məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imza­nız qanunvericilikdə müəyyənləşdirilmiş qaydada (notarial və s.) təsdiq olunmaq, habelə şəxsiyyət vəsiqənizin surətini təq­dim etmək şərtilə bu bildirişə əlavə olu­nan bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvana 2023-cü il mayın 30-dək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılışı ümumi yığıncağın keçirildiyi gün bankın korporativ katibi tərəfindən həya­ta keçiriləcəkdir.

 

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyəti

Reklam və elan