Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I); 2024, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddə 630, № 11, maddə 1182; Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 101-VIIQD nömrəli və 27 dekabr tarixli 110-VIIQD nömrəli qanunları) 15-ci maddəsinin birinci hissəsinin iyirmi üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda iyirmi dördüncü abzas əlavə edilsin:
“əlilliyi olan şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından əldə edilən gəlirlər.”.
Maddə 2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282; Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli və 27 dekabr tarixli 110-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 101.6-1-ci maddə əlavə edilsin:
“101.6-1. Əlilliyi olan şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından əldə edilən gəlirlərindən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.”;
2.2. 150-ci maddə üzrə:
2.2.1. 150.1.14-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 150.1.14-1-ci maddə əlavə edilsin:
“150.1.14-1. Bu Məcəllənin 101.6-1-ci maddəsində nəzərdə tutulan satışlardan əldə edilən gəlirlərlə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);”;
2.2.2. 150.3.1-ci maddəyə “150.1.8-ci” sözlərindən sonra “, 150.1.14-1-ci” sözləri əlavə edilsin;
2.2.3. 150.3.3-cü maddəyə “150.1.8-ci” sözlərindən sonra “, 150.1.14-1-ci” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral 2025-ci il