Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddələr 489, 503, № 8, maddə 934) 166.8-ci maddəsində “qanunsuz miqrantların saxlanılması” sözləri “müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503, № 11, maddə 1187) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 80.2-ci və 80.3-cü maddələrdə “qanunsuz miqrantların saxlanılması” sözləri “müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin;
2.2. 14-cü fəslin adında “QANUNSUZ MİQRANTLARIN SAXLANILMASI” sözləri “MÜVƏQQƏTİ YERLƏŞDİRMƏ” sözləri ilə əvəz edilsin;
2.3. 82-ci maddə üzrə:
2.3.1. adında “qanunsuz miqrantların saxlanılması” sözləri “müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin;
2.3.2. 82.1-ci maddədə “qanunsuz miqrantların saxlanılması” sözləri “müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin.
Maddə 3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772; Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 56-VIIQD nömrəli Qanunu) 155.3-cü maddəsində “qanunsuz miqrantların saxlanılması” sözləri “müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin.
Maddə 4. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 392 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddə 501) 6-cı maddəsinin beşinci hissəsində və 11-ci maddəsinin birinci hissəsinin altıncı abzasında “qanunsuz miqrantların saxlanılması” sözləri “müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin.
Maddə 5. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 14 (Cild I) ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 23-1-ci maddəsinin üçüncü hissəsində “qanunsuz miqrantların saxlanılması” sözləri “müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin.
Maddə 6. “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1670 (Cild I) 7.1.8-ci maddəsində “qanunsuz miqrantların saxlanılması” sözləri “müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2024-cü il