“Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 513 (Cild I); 2024, № 4, maddə 365) 2-3.6-cı maddəsindən “və dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydası” sözləri çıxarılsın.
Maddə 2. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 683 (Cild I); 2024, № 2, maddə 132, № 4, maddə 365) 4.3.14-cü maddəsi aşağıdakı redaksiyada verilsin:
“4.3.14. səfərbərlik ehtiyatlarının yaradılması, saxlanılması və yeniləşdirilməsi;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 dekabr 2024-cü il