Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18; Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1069-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddədə “517, 517-1, 517-2” rəqəmləri “517-3” rəqəmləri ilə əvəz edilsin.

2. 517.0-cı maddənin sanksiyasında “qırx manatdan səksən” sözləri “yüz əlli manatdan iki yüz əlli” sözləri ilə, “on beş günədək” sözləri “bir ayadək” sözləri ilə, birinci halda “beş yüz” sözləri “altı yüz” sözləri ilə əvəz edilsin.

3. 517-1.1-ci maddənin sanksiyasında “əlli manatdan səksən” sözləri “iki yüz manatdan üç yüz” sözləri ilə, “miqdarda” sözü (hər üç halda) “məbləğdə” sözü ilə, “on beş günədək” sözləri “bir ayadək” sözləri ilə, “altı” sözü “yeddi” sözü ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 517-3-cü maddə əlavə edilsin:

“Maddə 517-3. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsi

Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edildiyi zaman müəyyən edilmiş davranış qaydalarına riayət edilməməsinə görə –

fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2024-cü il

Qanunlar