Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşmış gömrük orqanlarında tədbirlər keçirilib.
Bu barədə XQ-yə DGK-nın mətbuat xidməti məlumat verib.
Bildirilib ki, Hava nəqliyyatında, Aksizli mallar üzrə və Naxçıvan Baş gömrük idarələrində, Astara, Balakən, Biləsuvar gömrük idarələrində, "Şirvan" gömrük postunda keçirilən tədbirlərdə faciə haqqında məlumat verilib, Xocalı soyqırımı qurbanlarının xatirələri ehtiramla anılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpa edildiyi, Xocalı şəhidlərinin qisasının alındığı diqqətə çatdırılıb.
DGK Tibbi Xidmət İdarəsinin əməkdaşları isə Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə - bir ağrı” sənədli filminin təqdimatında iştirak ediblər.












