Numan Kurtulmuş: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqının müstəqillik əzminin təzahürüdür

post-img

20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqının müstəqillik əzmini nümayiş etdirdi.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş sosial media paylaşımında bildirib.

Türkiyə parlamentinin spikeri Azərbaycanda 20 Yanvar hadisələri şəhidlərinin xatirəsinin əbədi yaşayacağına əminliyini bildirib.

“Türkiyə “Bir millət, iki dövlət” prinsipini rəhbər tutaraq, gələcəkdə də sevinc və kədər anlarında qardaş Azərbaycanla çiyin-çiyinə dayanacaq. Biz qardaşlığımızı tam qətiyyətlə gücləndirməyə davam edəcəyik”, - deyə TBMM sədri əmin edib.

Qan yaddaşı