XRİTDX-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

post-img

Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) şəxsi heyəti Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyini ziyarət edib.

XRİTDX-nın əməkdaşları burada təqdim olunmuş xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu, Xocalı, Qaradağlı faciələri barədə sənədlər, erməni vəhşiliyinin qurbanları, yerli əhalinin şəxsi əşyaları, sənədləri və fotoları ilə tanış olublar.

Daha sonra ziyarətçilərə “Əsrin faciəsi” adlı sənədli film nümayiş etdirilib.

Bununla yanaşı, XRİTDX-nın inzibati binasında da Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.





















Qan yaddaşı