Şəmkirdə anım tədbiri keçirilib

post-img

Şəmkirdə Xocalı faciəsi ilə bağlı anım tədbiri keçirilib. Mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak ediblər.

Əvvəlcə Şəmkir Şəhidlər Xiyabanındakı Soyqırım abidəsi və Şəhidlər memorial abidə kompleksi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Tədbirdə RİH başçısı Rəşad Tağıyev çıxış edərək bildirib ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıldı və Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev isə Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və bildirdi ki, bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Xocalı şəhəri separatçılardan təmizləndi və bu gün bütöv Azərbaycanın hər bir ərazisində şanlı bayrağımız dalğalanır.  

Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş film və məktəblilərin ifasında kompozisiyalar nümayiş olundu.

 

         Hamlet QASIMOV

 XQ

 Şəmkir

 

















Qan yaddaşı