MN: Silahlı Qüvvələrimizin tərəfindən Laçın yolu ilə hərəkət edən mülki kolonun atəşə tutulması məlumatı dezinformasiyadır

post-img

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Bu əsassız iddianı qəti surətdə təkzib edirik”, - məlumatda bildirilib.

Ordu