№ 279 Bakı şəhəri, 22 sentyabr 2025-ci il
Azərbaycan Respublikası Prezidentinin “Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”
2024-cü il 27 avqust tarixli 190 nömrəli və “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2025-ci il 12 fevral tarixli 327 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2024-cü il 27 avqust tarixli 190 nömrəli və “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2025-ci il 12 fevral tarixli 327 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında bəzi tünd spirtli içkilərin istehsalına və satışına dövlət nəzarətinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 7 aprel tarixli 71 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 279 (Cild I) 3-cü hissəsinə “Dövlət Gömrük Komitəsinə” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 558 (Cild I); 2024, № 3, maddə 338) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nın mətni üzrə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 205 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 626 (Cild I) ilə təsdiq edilmiş “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası”nın 2-ci, 3-cü, 5-ci və 8-ci hissələrində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
4. “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsaanmənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 597 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
4.1. həmin Qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında Nümunəvi Əsasnamə”nin 2.3-2-ci bəndində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;
4.2. həmin Qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında Nümunəvi Əsasnamə”nin 2.4-2-ci bəndində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 174 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 649 (Cild I) ilə təsdiq edilmiş “Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Qaydası”nın 6-cı hissəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətinin təşkili və “Malın mənşəyi haqqında sertifikat” formasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 5 dekabr tarixli 211 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 862 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
6.1. adında və 4-cü hissəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
6.2. 6-cı hissənin birinci abzasında “İqtisadiyyat Nazirliyi” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin, dördüncü abzasından “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri çıxarılsın.
7. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 442 (Cild I) ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları”nın 2.7-ci bəndində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 159 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 642 (Cild I) ilə təsdiq edilmiş “Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
8.1. 1.6-cı bənddə, 2.1-ci bəndin ikinci, 2.2-ci bəndin birinci, 2.5-ci bəndin beşinci, 3.1-ci bəndin ikinci və onuncu abzaslarında ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
8.2. 1.7-ci bənd ləğv edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 noyabr tarixli 185 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 687 (Cild I) ilə təsdiq edilmiş “Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın I bölməsinin 2-ci hissəsinə “Komitəsi,” sözündən sonra “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi,” və II bölməsinin 2-ci hissəsinə “Komitəsi” sözündən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri əlavə edilsin.
10. “Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 dekabr tarixli 198 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 750 (Cild I) 3-cü hissəsində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin.
11. “Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 iyul tarixli 101 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 592 (Cild I); 2024, № 2, maddə 229) 7-ci və 8-ci hissələrində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121 (Cild I); 2024, № 1, maddə 116, № 4, maddə 471, № 10, maddə 1180, № 11, maddə 1253, № 12 (II kitab), maddə 1461) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.15-ci bəndinin birinci abzasında, 7.16-cı bənddə, 8.7-ci bəndin üçüncü abzasının beşinci cümləsində, 8.15-ci bəndin üçüncü cümləsində və 12.6-cı bəndin dördüncü abzasının beşinci cümləsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddə 467, № 9, maddələr 1090, 1100; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 avqust tarixli 230 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsində aşağıdakı dəyişikliklər edilsin:
13.1. 6.2-ci və 6.5-ci bəndlər ləğv edilsin;
13.2. aşağıdakı məzmunda 29-2-ci hissə əlavə edilsin:
29-2. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
29-2.1. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin regional bölmələri
14. “Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 sentyabr tarixli 217 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 864 (Cild I) 1.2-ci bəndində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 437, 449, 467, № 9, maddə 1100) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda aşağıdakı dəyişikliklər edilsin:
15.1. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında” qrafasının ikinci abzasından “Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Aparatı” sözləri, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan regional bölmələr” qrafasının ikinci abzasından “Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin regional bölmələri” sözləri çıxarılsın;
15.2. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatı” sözlərindən sonra “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparatı” sözləri, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri” sözlərindən sonra “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin regional bölmələri” sözləri əlavə edilsin.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 26 (Cild I) ilə təsdiq edilmiş “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı”nın 3.1-ci bəndində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
17. “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 mart tarixli 45 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 256 (Cild I) 3-cü hissəsində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 452 (Cild I); 2024, № 3, maddə 336) ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
18.1. 3.2.13-cü yarımbənddə “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra – Xidmət)” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;
18.2. 4.1-ci, 4.3-cü bəndlərdə və 6.1.3-cü yarımbənddə “Xidmət” sözü “Agentlik” sözü ilə əvəz edilsin;
18.3. 4.6-cı bənddə “Xidmətin” sözü “Agentliyin” sözü ilə əvəz edilsin;
18.4. həmin Qaydalara 2 nömrəli əlavə - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin 2.2.6.3-cü yarımbəndində və həmin Qaydalara 3 nömrəli əlavə - “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı Müqaviləsi”nin 2.2.7.3-cü yarımbəndində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 747 (Cild I); 2024, № 1, maddə 101, № 3, maddə 310, № 4, maddə 449, № 5 (II kitab), maddələr 572, 607, № 7, maddələr 895, 915, № 12 (II kitab), maddə 1428) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin 35-ci hissəsinin “Orqanın adı” sütununda “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
20. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1198 (Cild I); 2024, № 4, maddə 437, № 6 (II kitab), maddə 736, № 9, maddə 1106) aşağıdakı dəyişikliklər edilsin:
20.1. 13-cü hissədə “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;
20.2. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası”nın 2.1-ci bəndində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri ilə, 2.3-cü, 2.5-ci bəndlərində, 2.6-cı bəndinin birinci cümləsində və 2.8.1-ci yarımbəndində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;
20.3. həmin Qərarla təsdiq edilmiş 7 nömrəli əlavə - “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın Əsasnaməsi”nin 1.2-ci və 3.4-cü bəndlərində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 11 dekabr tarixli 291 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1355 (Cild I) ilə təsdiq edilmiş “Ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi Qaydası”nın 2.2-ci, 2.6-cı bəndlərində və 2.7-ci bəndinin ikinci cümləsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.
22. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 166 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 590 (Cild I) 1-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsindən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi.” sözləri çıxarılsın.
23. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 187 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 741 (Cild I); 2024, № 9, maddə 1090) aşağıdakı dəyişikliklər edilsin:
23.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası və tətbiqi Qaydası”nın 1.3.5-ci yarımbəndində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə, 3.4.1-ci yarımbəndinin ikinci cümləsində “Xidmət” sözü “Agentlik” sözü ilə əvəz edilsin;
23.2. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi Qaydası”nın 2.1-ci bəndində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə, 2.2-ci, 2.3-cü bəndlərində, 2.5-ci bəndinin birinci cümləsində, 2.7-ci və 2.8-ci bəndlərində ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
23.3. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavədə “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
23.4. həmin Qərarla təsdiq edilmiş 6 nömrəli əlavə – “Tipi təsdiq edilmiş standart nümunələrin və ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydası”nın 1.2-ci bəndində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə, 2.1.7-ci və 2.2.6-cı yarımbəndlərində, 2.3-cü bəndində, 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərində (hər iki halda), 4.2-ci (hər iki halda) və 5.1-ci bəndlərində, 5.2.1.4-cü yarımbəndində, 6.1-ci və 6.2-ci (hər iki halda) bəndlərində, həmin Qaydaya əlavənin “Ölçmə vasitələrinin dövlət reyestri kitabının forması” cədvəlinin 8-ci və “Standart nümunələrin dövlət reyestri kitabının forması” cədvəlinin 7-ci sütununda “Xidmətin” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
23.5. həmin Qərarla təsdiq edilmiş 7 nömrəli əlavə – “Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi, bu barədə sertifikatın verilməsi, ölçmə vasitələrinin yoxlamalararası intervalının müəyyən edilməsi və dəyişdirilməsi qaydası, standart nümunələrin və ölçmə vasitələrinin tipini təsdiq edən nişanlara dair tələblər və həmin nişanların vurulma Qaydası”nın 1.4-cü bəndinin birinci cümləsində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə, 1.5-ci bəndində, 3.1-ci bəndinin birinci və ikinci cümlələrində, 4.3-cü və 6.1-ci bəndlərində ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
23.6. həmin Qərarla təsdiq edilmiş 8 nömrəli əlavə - “Layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizasının keçirilməsi Qaydası”nın 3.1-ci bəndinin birinci cümləsində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə, ikinci, üçüncü cümlələrində və 3.2-ci bəndində ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
23.7. həmin Qərarla təsdiq edilmiş 10 nömrəli əlavə - “Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkili və aparılması, məlumatların fonda verilməsi, fonddan sənədlərin və məlumatların təqdim edilməsi Qaydası”nın 1.3-cü bəndində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə, 2.2-ci bəndinin birinci cümləsində, 2.4-cü bəndinin ikinci cümləsində, 2.5-ci və 2.7-ci bəndlərində ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
23.8. həmin Qərarla təsdiq edilmiş 11 nömrəli əlavə - “Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi Qaydası və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair Tələblər”in 1.4-cü bəndində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə, 2.1-ci və 2.2-ci bəndlərində, 3.4.3-cü yarımbəndinin ikinci cümləsində ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentliyin” sözü ilə əvəz edilsin.
24. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 188 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 742 (Cild I); 2024, № 1, maddə 116) aşağıdakı dəyişikliklər edilsin:
24.1. adında və ikinci abzasda “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
24.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”nın adında, 1.1-ci bəndində və həmin Qaydanın 1, 3, 4 və 5 nömrəli əlavələrinin yuxarı sağ küncündə və mətnində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 iyul tarixli 215 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 905 (Cild I) ilə təsdiq edilmiş “Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri”nin 1.4-cü, 1.5-ci, 1.9-cu, 1.10-cu və 1.11-ci bəndlərində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 950 (Cild I); 2024, № 2, maddə 229, № 3, maddə 336, № 9, maddə 1048; 2025, № 4 (I kitab), maddə 398) ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
26.1. 6.1-ci bənddə “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə və həmin bənddə “Xidmətin” sözü “Agentliyin” sözü ilə əvəz edilsin;
26.2. 6.6-cı, 6.15-ci bəndlərdə və 6.15.2-ci yarımbənddə “Xidmətin” sözü “Agentliyin” sözü ilə əvəz edilsin.
27. “Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 392 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1669 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
27.1. həmin Qərarla təsdiq edilmiş “Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi Qaydası”nın 1.3-cü bəndində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə və mətn üzrə ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
27.2. həmin Qərarla təsdiq edilmiş Qaydaya əlavədə “AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ANTİİNHİSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT XİDMƏTİ” sözləri “AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ANTİİNHİSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT AGENTLİYİ” sözləri ilə əvəz edilsin.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1671 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in 1.3-cü bəndində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə və mətn üzrə ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.
29. “Dövlət ilkin kəmiyyət vahidi etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə görə xidmət haqqının məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 437 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2152 (Cild I); 2024, № 3, maddə 341) 2-ci hissəsində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 8 iyul tarixli 202 nömrəli, 15 iyul tarixli 210 və 212 nömrəli, 1 avqust tarixli 228 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” üzrə:
30.1. 42-ci hissə ləğv edilsin və aşağıdakı məzmunda 128-1-ci hissə əlavə edilsin:
128-1. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 1278
30.2. 198-ci və 217-ci hissələrdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.
31. “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə xidmət haqqının məbləği”nin və “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 iyun tarixli 271 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1160 (Cild I); 2024, № 3,
maddə 341) 3-cü hissəsində “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1445 (Cild I); 2024, № 1, maddə 122, № 2, maddə 200, № 3, maddə 359, № 7, maddə 930) ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 1.3.6-cı yarımbəndinə “Respublikasının” sözündən sonra “Prezidenti yanında” sözləri əlavə edilsin.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 323 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1190 (Cild I) ilə təsdiq edilmiş “Məlumat mərkəzinin yaradılması və fəaliyyət Qaydası”nın 1.2-ci bəndində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik)” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” (bundan sonra – Agentlik)” sözləri ilə,
2.1-ci, 5.2-ci və 6.1-ci bəndlərində “Nazirliyin” sözü “Agentliyin” sözü ilə əvəz edilsin.
34. “Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 63 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 326 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
34.1. 2-ci hissədə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
34.2. həmin Qərarla təsdiq edilmiş “Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri”nin 2.2-ci bəndinin birinci abzasında “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik)” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” (bundan sonra – Agentlik)” sözləri ilə, 2.3-cü bəndində isə “Nazirliyə” sözü “Agentliyə” sözü ilə əvəz edilsin.
35. “Malların risk qruplarının təyin edilməsi meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 yanvar tarixli 63 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 1, maddə 130) 2-ci hissəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 284 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 621) ilə təsdiq edilmiş “Standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, razılaşdırılması, ekspertizası, qəbul edilməsi, dövlət reyestrinə və fonduna daxil edilməsi, dəyişiklik edilməsi və nəşri Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
36.1. 1.2.1-ci yarımbənddə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra - AİBNDX)” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin (bundan sonra – ARPAİBNDA)” sözləri ilə əvəz edilsin;
36.2. 4.3.6-cı yarımbənddə “AİBNDX” akronimi “ARPAİBNDA” akronimi ilə əvəz edilsin.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 622) ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”nın 1.2.1-ci yarımbəndində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 3 iyun tarixli 294 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 714) ilə təsdiq edilmiş “Standartlaşdırma üzrə texniki komitələrin yaradılması və fəaliyyətinin təşkili Qaydaları”nın 1.2.1-ci yarımbəndində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra - AİBNDX)” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri