№ 162 Bakı şəhəri, 21 may 2025-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə və 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164 (Cild I); 2024, № 1, maddə 127, № 2, maddə 244, № 4, maddə 465, № 7, maddələr 891, 903, № 9, maddələr 1045, 1106, № 10, maddələr 1165, 1178, № 11, maddə 1257, № 12 (I kitab), maddələr 1319, 1324; 2025, № 2, maddə 187; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 mart tarixli 54 nömrəli və 4 mart tarixli 56 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə “2710 12 413 0”, “2710 12 510 1”, “2710 19 421 0”, “2710 19 422 0”, “2710 19 423 0”, “2710 19 424 0”, “2710 19 425 0”, “2710 19 426 0”, “2710 19 429 0”, “2710 19 460 0” və “2710 19 480 0” alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmləri “15 (2025-ci il 1 iyun tarixinədək – 0%)” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69 (Cild I); 2024, № 1, maddə 126, № 2, maddə 245, № 7, maddə 914; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 mart tarixli 53 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə “2710 12 413 0”, “2710 12 510 1” və “2710 19 421 0 – 2710 19 480 0” alt yarımmövqelərinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:
2710 12 413 0
mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə
1 ton üçün 200 manat (2025-ci il 1 iyun tarixinədək – 1,0 manat)
2710 12 510 1
mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə
1 ton üçün 200 manat (2025-ci il 1 iyun tarixinədək – 1,0 manat)
2710 19 421 0 – 2710 19 480 0
digər qazoyllar, o cümlədən dizel yanacağı
1 ton üçün 80 manat (2025-ci il
1 iyun tarixinədək – 1,0 manat)
Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 dekabr tarixli 516 nömrəli Qərarı ilə təsdiq edilmiş “Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları”nda və 2025-ci il 12 mart tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fövqəladə ehtiyatların nomenklaturası”nda nəzərdə tutulmuş yanacaq növləri üzrə müəyyən olunmuş minimal həcmlərin formalaşdırılmasına və səmərəli istifadəsinə nəzarəti təmin etsinlər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2025-ci il 1 yanvar – 1 iyun tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 83 min ton və 18 min ton yuxarı hədd müəyyən edilsin.
Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri