Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 378 Bakı şəhəri, 21 avqust 2024-cü il

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tibb müəssisələ­rinin aidiyyəti dövlət orqanlarının tabeli­yinə və sərəncamına verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərma­nı ilə təsdiq edilmiş “Azərbaycan Respubli­kasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”­nın 7.11-ci bəndinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazir­liyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Döv­lət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və “Azərbaycan Də­mir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Ka­bineti qərara alır: 

1. “Azərbaycan Dəmir Yolları” Qapa­lı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologi­ya Mərkəzi və Yol Sanitar-Karantin Müfət­tişliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilsin.

2. “Azərbaycan Dəmir Yolları” Qapa­lı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin tibb müəssisələri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilsin (siyahı əlavə olunur).

3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli stansiyası ünvanında olan Əncirli Uşaq Dəmir Yolu Xəstəxanasının yerləşdiyi əmlak kompleksi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ya­nında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilsin.

4. “Azərbaycan Dəmir Yolları” Qapa­lı Səhmdar Cəmiyyəti bu Qərarın 1-ci və 2-ci hissələri icra olunduqdan sonra “Azər­baycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin qanunvericiliyə uyğun olaraq ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görsün və nəti­cəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Azərbaycan Respublikasının Səhiy­yə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Tibbi Ərazi Böl­mələrini İdarəetmə Birliyi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn digər məsələləri qa­nunvericilikdə nəzərdə tutulmuş qaydada həll etsinlər.

6. Bu Qərarın 1-ci və 2-ci hissələri 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

7. Azərbaycan Respublikasının Ma­liyyə Nazirliyinə tapşırılsın ki, 2025-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri hazırlanarkən bu Qərardan irəli gələn maliyyələşdirmə məsələlərini nəzərə alsın.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları