Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№  374  Bakı şəhəri,  3  avqust  2024-cü il

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli  906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 aprel tarixli 43 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 564 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 

1.1. adından və preambuladan “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarılsın; 

1.2. 2-ci hissədən “, habelə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə” sözləri çıxarılsın; 

1.3. 3-cü hissədən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” və “, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri çıxarılsın; 

1.4. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində, habelə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nın adından “,  habelə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə” sözləri çıxarılsın; 

1.5. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları” üzrə: 

1.5.1. adından və 1.1-ci bənddən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” və “, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri çıxarılsın; 

1.5.2. 1.2-ci bənddən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri çıxarılsın; 

1.5.3. 1.3-cü bənddən “, həm də Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsini” sözləri çıxarılsın; 

1.5.4. 1.4-cü bənddən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri çıxarılsın; 

1.5.5. 1.5-ci bənddən, 2-ci hissənin dördüncü abzasından, 4.4-cü bəndin birinci cümləsindən, 5.9-cu bənddən və 6-cı hissədən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarılsın; 

1.5.6. 4.1-ci bəndin birinci cümləsindən “, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri çıxarılsın; 

1.5.7. 4.6-cı bənddən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına” və “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri çıxarılsın; 

1.5.8. 5.2-ci, 5.3-cü bəndlərdən, 5.6-cı bəndin altıncı abzasından və 5.8-ci bəndin üçüncü cümləsindən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri çıxarılsın; 

1.5.9. 5.7-ci bəndin üçüncü abzasından “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasından” və “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına” sözləri, beşinci abzasından isə “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarılsın; 

1.5.10. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında Nümunəvi Çərçivə Müqaviləsi” üzrə: 

1.5.10.1 yuxarı sağ küncdən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” və “, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri çıxarılsın; 

1.5.10.2. adından, preambuladan, 2.2.2-ci və 2.3.3-cü yarımbəndlərdən və    2.3-cü bənddən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri çıxarılsın; 

1.5.10.3. 1.1-ci bənddən (hər iki halda) “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarılsın; 

1.5.10.4. 2.1-ci və 3.2-ci bəndlərdən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına” sözləri çıxarılsın; 

1.5.10.5. 2.2.1-ci yarımbənddən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasından” sözləri çıxarılsın; 

1.5.10.6. 2.4-cü və 3.3-cü bəndlərdən (hər iki halda) “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri çıxarılsın; 

1.5.10.7. 5.4-cü bənddən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” və “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına”sözləri çıxarılsın; 

1.5.10.8. 9.2-ci və 9.3-cü bəndlərdən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarılsın; 

1.5.10.9. 10-cu hissədən “və ya Azərbaycan Milli Elmlər Akademiyası” sözləri çıxarılsın. 

1.5.11. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında Nümunəvi Fərdi Müqavilə” üzrə: 

1.5.11.1 yuxarı sağ küncdən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” və “, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri çıxarılsın; 

1.5.11.2. adından, preambuladan, 2.1-ci bənddən, 2.3.6-cı yarımbənddən, 3.2-ci, 5.5-ci bəndlərdən və 10-cu hissədən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri çıxarılsın; 

1.5.11.3. 1.1-ci bənddən (hər iki halda), 9.2-ci və 9.3-cü bəndlərdən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarılsın; 

1.5.11.4. 2.2-ci bənddən (hər iki halda), 2.3.2-ci və 2.3.4-cü yarımbəndlərdən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri çıxarılsın; 

1.5.11.5. 2.3.5-ci və 2.3.7-ci  yarımbəndlərdən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına” sözləri çıxarılsın; 

1.5.11.6. 2.4-cü bənddən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasından” sözləri çıxarılsın; 

1.5.11.7. 3.3-cü və 5.4-cü bəndlərdən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasını” və “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri çıxarılsın. 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 489 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (II kitab), maddə 1824 (Cild I) ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası”nın 4.5-ci bəndinin üçüncü cümləsindən “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri çıxarılsın.

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları