Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 329 Bakı şəhəri, 2 iyul 2024-cü il 

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən və­siqənin təsvirinin, spesifikasiyasının, nümunəsinin və verilməsi qaydasının təsdiq edilməsi haqqında 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin tək­milləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 4231 nömrəli Sərəncamının 1.1.1-ci ya­rımbəndinin icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Nazir­lər Kabineti qərara alır:

1. “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsviri” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən və­siqənin spesifikasiyası” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən və­siqənin nümunəsi” təsdiq edilsin (3 nöm­rəli əlavə).

4. “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən və­siqənin verilməsi Qaydası” təsdiq edilsin (4 nömrəli əlavə).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları