Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 272 Bakı şəhəri 22 may 2024-cü il

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Mil­li Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kolleci­nin yaradılması haqqında

“Gənclərin hərbi sahədə təhsil alma­sının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azər­baycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılsın.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki aşa­ğıdakı xüsusi təyinatlı təhsil müəssisələ­rinin nizamnamələri təsdiq edilsin:

2.1. “Bakı Hərbi Kollecinin Nizam­naməsi” (1 nömrəli əlavə);

2.2. “Gəncə Hərbi Kollecinin Nizam­naməsi” (2 nömrəli əlavə);

2.3. “Naxçıvan Hərbi Kollecinin Ni­zamnaməsi” (3 nömrəli əlavə).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları