Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 237 Bakı şəhəri, 1 may 2024-cü il

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli  Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 21 fevral tarixli 15 nömrəli Sərəncamının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 fevral tarixli 104 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Memarlıq abidələri” bölməsinin 19-cu bəndinin “Abidənin adı” sütununda “Ordubad Tarix-Mədəniyyət Qoruğu” sözləri “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Memarlıq abidələri” bölməsinin “Ordubad Tarix-Memarlıq Qoruğu” hissəsinin adı aşağıdakı redaksiyada verilsin:

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu”.

3. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Memarlıq abidələri” bölməsinin “Ordubad Dövlət Tarix Memarlıq Qoruğu” hissəsinin adı aşağıdakı redaksiyada verilsin:

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları