Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 512 Bakı şəhəri, 30 dekabr 2023-cü il

Azərbaycan Respublikası Gənclər və İd­man Nazirliyinin strukturunun təkmilləşdiril­məsi ilə bağlı Azərbaycan Respublikası Na­zirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğvi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Gənclər və İd­man Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının iş­çilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyi­şiklik edilməsi haqqında” 2022-ci il 10 dekabr tarixli 1900 nömrəli Fərmanının 2-ci hissəsi­nin, “Azərbaycan Respublikası Gənclər və İd­man Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2022-ci il 10 dekabr tarixli 3643 nöm­rəli Sərəncamının 3.2-ci bəndinin və “Azərbay­can Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həd­dinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel ta­rixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2023-cü il 25 iyun tarixli 2199 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 1998, № 5, maddə 360; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2005, № 6, maddə 541; 2006, № 5, maddə 463; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1369; 2013, № 10, maddə 1199; 2016, № 9, maddə 1585; 2017, № 4, maddə 620; 2018, № 12 (II kitab), maddə 2736; 2021, № 7, maddə 871, № 10, maddə 1195; 2022, № 4, maddə 413, № 8, maddə 974; 2023, № 3, maddə 431) ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin III hissəsinin iyirmi birinci abza­sında “rayon (şəhər) gənclər və idman idarələri” sözləri “Azərbaycan Respublikası Gənclər və İd­man Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsi və regional idarələri” sözləri ilə əvəz edil­sin.

2. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli Qə­rarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 637; 2001, № 10, maddə 663; 2004, № 3, maddə 193; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370, № 5, maddə 463, № 9, maddə 822; 2009, № 1, maddə 32; 2012, № 5, maddə 482; 2014, № 11, maddə 1507; 2018, № 8, maddə 1817; 2021, № 10, maddə 1199; 2022, № 11, maddə 1346) ilə təsdiq edilmiş “Su obyektlərindən isti­rahət və idman üçün istifadə qaydaları haqqın­da Əsasnamə”nin 3.5.6-cı yarımbəndinin ikinci cümləsində “yerli gənclər və idman idarəsinə” sözləri “həmin Nazirliyin Bakı Şəhər Gənclər və İdman İdarəsinə və regional idarələrinə” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikası Gənclər və İd­man Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 572, № 7, mad­də 642; 2007, № 5, maddə 556, № 8, maddə 850, № 11, maddə 1172, № 12, maddə 1342; 2011, № 1, maddə 57; 2012, № 1, maddə 43, № 5, maddə 490; 2013, № 3, maddə 345; 2016, № 4, maddə 802, № 11, maddə 1931; 2018, № 5, maddə 1113; 2021, № 10, maddə 1188; 2022, № 1, maddə 54) aşağıdakı dəyişikliklər edilsin:

3.1. preambulasında “aparatının işçilərinin say həddinin” sözləri “işçilərinin ümumi say tər­kibinin” sözləri ilə əvəz edilsin;

3.2. 2-ci hissəsinin “Kollegiyanın üzvləri:” bölməsinin yeddinci abzasından “Baş” sözü çıxarılsın. 

4. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, mad­də 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 612, № 6, maddə 799, № 11, maddə 1413; 2016, № 2 (II kitab), maddə 381, № 4, maddələr 781, 831, № 5, maddə 955, № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 283, 295, 310, № 5, maddə 972, № 8, maddə 1610, № 10, maddə 1920; 2018, № 2, maddə 335, № 3, maddələr 577, 626, № 7 (II kitab), maddə 1654, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 159, № 3, maddələr 529, 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972, № 12, maddələr 2064, 2068; 2020, № 2, maddə 204, № 5, maddə 652, № 7, maddə 1005, № 10, maddə 1311, № 11, maddə 1413; 2021, № 2, maddə 203, № 3, maddə 280, № 8, maddə 965, № 11, maddə 1280; 2022, № 4, maddələr 375, 379, 384, 412, № 6, maddə 686, № 7, maddə 810, № 8, maddələr 974, 1024, № 12, maddə 1552; 2023, № 1, maddə 139, № 4, maddə 583, № 7, maddə 1075, № 10, maddələr 1437, 1440; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 dekabr tarixli 462 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”­nın “II. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları:” bölməsinin 18.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“18.1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin:

18.1.1. Bakı Şəhər Gənclər və İdman İdarəsi

18.1.2. Regional idarələri”.

5. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, mad­dələr 605, 610, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, mad­də 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313, № 6, maddə 736, № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2 (II kitab), maddə 382, № 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 282, 296, 311, № 5, maddə 972, № 8, maddə 1611, № 10, maddələr 1921, 1922, № 11, maddə 2186; 2018, № 2, maddə 336, № 3, maddələr 578, 625, 631, № 7 (II kitab), maddə 1655, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 160, № 3, maddələr 529, 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972, № 12, maddələr 2064, 2068, 2106; 2020, № 2, maddə 204, № 5, maddə 652, № 10, mad­də 1306, № 11, maddə 1413; 2021, № 2, maddə 203, № 3, maddə 276, № 4, maddə 420, № 6 (IV kitab), maddə 695, № 11, maddə 1280, № 12, maddə 1508; 2022, № 4, maddələr 375, 379, 384, 412, № 5, maddə 577, № 6, maddə 686, № 7, maddə 811, № 8, maddə 1023, № 9, mad­də 1083, № 12, maddə 1552; 2023, № 1, maddə 139, № 4, maddə 583, № 7, maddə 1075, № 8 (II kitab), maddələr 1244, 1277, № 10, maddə 1440; Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2023-cü il 20 dekabr tarixli 462 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan:” hissəsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan:

Bakı Şəhər Gənclər və İdman İdarəsi

Regional idarələr”.

6. “Bədən tərbiyəsi və idmanla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2009, № 12, maddə 1073; 2010, № 4, maddə 354; 2014, № 9, maddə 1137; 2016, № 9, maddə 1585; 2017, № 3, maddə 495, № 4, maddə 643; 2020, № 10, maddə 1294; 2021, № 9, maddə 1087; 2022, № 8, maddə 1023; 2023, № 9, maddə 1323; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 noyabr tarixli 404 nömrəli Qərarı) aşağıdakı də­yişikliklər edilsin:

6.1. həmin Qərarla təsdiq edilmiş “Hüquqi şəxs statusu olmayan idman klubu haqqında Nümunəvi Əsasnamə”nin 1.4-cü bəndinin be­şinci abzasında “müvafiq şəhər (rayon) gənclər və idman baş idarəsində (idarəsində)” sözləri “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarə­sində və regional idarələrində” sözləri ilə əvəz edilsin;

6.2. həmin Qərarla təsdiq edilmiş “Azər­baycan Respublikasında bədən tərbiyəsi və id­man sahəsində idman adları, idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları və idman ha­kimlərinin təsnifat dərəcələri” üzrə:

6.2.1. 2-ci hissənin on üçüncü abzasında “şəhər (rayon) gənclər və idman baş idarələri (idarələri)” sözləri “Nazirliyin Bakı Şəhər Gənc­lər və İdman İdarəsi və regional idarələri” sözləri ilə, on dördüncü abzasında “Bakı şəhər Gənclər və İdman Baş İdarəsi” sözləri “Nazirliyin Bakı Şəhər Gənclər və İdman İdarəsi” sözləri ilə əvəz edilsin;

6.2.2. 4-cü hissənin səkkizinci abzasında “şəhər (rayon) gənclər və idman baş idarələri (idarələri)” sözləri “Nazirliyin Bakı Şəhər Gənc­lər və İdman İdarəsi və regional idarələri” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qəra­rı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1242; 2012, № 3, maddə 260; 2013, № 3, maddə 346; 2016, № 1, maddə 181; 2019, № 1, maddə 147, № 5, mad­dələr 937, 955, 977; 2022, № 7, maddə 818; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 7 noyabr tarixli 408 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənc­lər və İdman Nazirliyinin strukturuna daxil ol­mayan tabeliyindəki qurumların Siyahısı”nın “II. Təsərrüfathesablı qurumlar:” bölməsinin 32-ci və 33-cü hissələrindən “Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin” sözləri çıxarılsın. 

8. “Azərbaycan Respublikasının şəhər və ra­yonlarında və Naxçıvan Muxtar Respublikasında Gənclər və İdman Baş İdarələri və idarələrinin ştat vahidlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 16 mart tarixli 62 nömrəli Qərarı (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 756; Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 1995-ci il 23 oktyabr tarixli 227 nömrəli Qərarı) ləğv edilsin.

9. “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 noyabr tarixli 193 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1191) ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları