Rusiya Federasiyasının “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezovdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Siz istedadlı siyasi və dövlət xadimi olaraq Azərbaycan Respublikasının inkişafına böyük töhfə vermisiniz.

Bu gün Rusiya ilə Azərbaycan arasında əlaqələr bərabərlik, əsrlərə söykənən dostluq və qarşılıqlı hörmət ənənələri əsasında inkişaf etməyə davam edir.

Ölkələrimiz ən müxtəlif sahələrdə, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir.

Əminəm ki, Rusiya ilə Azərbaycan arasında dialoq bundan sonra da konstruktiv olacaqdır.

Sizə möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,
 
 
Sergey Çemezov

Rusiya Federasiyasının “Rostex” Dövlət Korporasiyasının baş direktoru

Məktublar