Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayedən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə və dost Azərbaycan xalqına firavanlıq və davamlı tərəqqi diləyir, ən xoş arzularımı ifadə edirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün Sizinlə işləməyə hazır olduğumu bir daha vurğulayıram.

Dərin hörmətlə,

 

Bassiru Diomaye Faye

Seneqal Respublikasının Prezidenti

Məktublar