Xivədə başa çatan IV Beynəlxalq “Baxşı” festivalının Qran-prisini Azərbaycan qazanıb

post-img

Qədim Xivə şəhərində keçirilən IV Beynəlxalq “Baxşı” festivalı başa çatıb. 

Musiqi bayramına dünyanın 40 ölkəsindən gələn musiqiçilər, mədəniyyət və incəsənət xadimləri qatılıb. 

Festivalın açılışında Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə böyük nümayəndə heyəti, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktota Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Mehmet Surayya Er, Azərbaycan Muğam Mərkəzinin direktoru, əməkdar artist Sahib Paşazadə, ictimaiyyətin nümayəndələri iştirak edib. 

Bir neçə gün keçirilən festivalın nüfuzlu münsiflər heyətinin tərkibində Azərbaycandan dəvət edilən Aşıq Samirə Əliyeva da olub. 

Festivalın Qran-prisi “Şirvan” Aşıq Qrupuna və Aşıq Qəlbinur İbrahimliyə verilib. Mükafatı Qəlbinur İbrahimliyə Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov təqdim edib. 

Birinci yerə Özbəkistan və Türkmənistan nümayəndələri layiq görülüb. 

İkinci mükafatı Özbəkistan və Qazaxıstan nümayəndələri alıb. 

Üçüncü yeri Rusiya, Özbəkistan və Monqolustan sənətçiləri verilıb. 

Festivalda musiqi kollektivlərinə həvəsləndirici mükafatlar da verilib. 

 

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Xivə

 

 







Məktublar