Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması və 38 nəfərin həyatını itirməsi ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həmrəyliyimi ifadə edirəm. Düşüncələrim ailə üzvlərini və yaxınlarını itirənlərlədir. Yaralananlara tezliklə və tam sağalmağı diləyir, bu faciənin səbəblərinin araşdırılmasının tezliklə başa çatdırılacağına ümid edirəm.

Dərin hüznlə,

 

Frank-Valter Ştaynmayer

Almaniya Federativ Respublikasının Prezidenti

Məktublar