Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Doğum gününüz münasibətilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi adından səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasının davamlı və yaşıl inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək Azərbaycanı COP29 Konfransına uğurla ev sahibliyi etməsi və sədrliyi münasibətilə təbrik edirəm. COP29 qlobal iqlim gündəliyinin irəli aparılmasında mühüm rol oynayıb. Xüsusilə, 2035-ci ilə qədər hər il 300 milyard ABŞ dolları məbləğində yeni iqlim maliyyəsi hədəfinin qəbul edilməsi, qlobal karbon ticarəti sisteminin yaradılması, həmçinin Lima Gender üzrə İş Proqramının 10 il müddətinə uzadılması mühüm tarixi nailiyyətlərdir və bunlar iqlim siyasəti fəaliyyətində səyləri artırmaq, eləcə də gender bərabərliyini, ədalətli keçidi gücləndirmək üçün gələcək təşəbbüslərin formalaşmasına kömək edəcəkdir.
Birləşmiş Millətlər Təşkilatı Azərbaycanla tərəfdaşlığını davam etdirməyə sadiqdir. Biz Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində 2026-2030-cu illər ərzində birgə səylərimizi əlaqələndirmək üçün BMT və Azərbaycan arasında yeni Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanmasını səbirsizliklə gözləyirik.
Mən, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına təbriklərimi çatdırıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Səmimiyyətlə,
Vladanka Andreyeva
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi