Tunis Respublikasının Prezidenti Kays Sayiddən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Tunis xalqı adından ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Bu fürsətdən istifadə edərək, xalqlarımızın maraqları naminə ölkələrimiz arasındakı qardaşlıq münasibətlərini möhkəmləndirmək və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün Sizinlə birgə işləməyə sadiq olduğumuzu bir daha bildirirəm.

Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Kays Sayid

Tunis Respublikasının Prezidenti

Məktublar