İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkodan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Sizi ölkənin və onun hər bir vətəndaşının həyatında mühüm bayramlardan biri olan Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edirəm.

Siz Azərbaycanın inkişafı, onun iqtisadiyyatı, təhsili, sosial həyatı üçün çox işlər görürsünüz. Xüsusilə, ölkənizin elmdə, o cümlədən tibb sahəsində əldə etdiyi inkişafı vurğulamaq istəyirəm.

Rusiya Səhiyyə Nazirliyinin Seçenov Universiteti ilə Azərbaycanı möhkəm və çoxillik əməkdaşlıq münasibətləri bağlayır.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı respublikanın səhiyyə sektoru üçün gələcək mütəxəssislər hazırlayır və oradakı tədris səviyyəsi dünya standartlarına cavab verir.

Əminəm ki, tibb, təhsil və elm kimi mühüm sahələrdəki əməkdaşlığımız xalqlarımızın mənafeyi naminə bundan sonra daha fəal şəkildə inkişaf edəcək.

Səmimi-qəlbdən Sizə və bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzu edirəm.

Dərin hörmətlə,

 

Pyotr Qlıboçko

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin

rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor

Məktublar