“Naxçıvan” biblioqrafiyası

post-img

AMEA Naxçıvan Bölməsində isə Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə hazırladığı “Naxçıvan” biblioqrafiyasının təqdimatı keçirilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublikanın 100 illik tarixini əhatə edən “Naxçıvan” biblioqrafiysının mükəmməl hazırlandığını, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün gərəkli məlumat mənbəyi olduğunu söyləyib. O, Prezident İlham Əliyevin sərəncamının, AMEA prezidenti, akademik İsa Həbibbəylinin “Nuhçıxandan Naxçıvana” adlı əhatəli giriş sözünün və ümummilli lider Heydər Əliyevin Naxçıvanla bağlı fikirlərinin nəşrə mötəbərlik və zənginlik gətirdiyini qeyd edib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov “Naxçıvan” biblioqrafiyası, bütövlükdə, Azərbaycanın elmi və mədəni yaddaşının bir hissəsi olduğunu, 200-ə yaxın belə nəşrin sırasında xüsusi dəyər daşıdığını bildirib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Naxçıvanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatının araşdırılıb sistemləşdirilməsi baxımından “Naxçıvan” biblioqrafiyasını yüksək qiymətləndirib. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, tarix elmləri doktoru, professor Xəzər Hüseynov da biblioqrafiyanın yüksək peşəkarlıqla tərtib edildiyini deyib, müəlliflərə təşəkkürlərini ifadə ediblər.

Mərasimdə Milli Kitabxananın hazırladığı “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgiyə baxış da keçirilib.

Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Mədəniyyət