“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin nəşri olan “Ozan dünyası” jurnalının 2025-ci ildə ilk sayı işıq üzü görüb.
Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illik yubileyinə həsr olummuş yazılarla açılan jurnalın bu sayında Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Mən dünyanı durultmağa çalışdım”, yazıçı-publisist Ramiz Göyüşün “Zəlimxan Yaqub – xatirələrə dönmüş ömür”, Süleyman Sülüymanovun “Aşıq Hüseyn Saraçlı”, İlqar İmamverdiyevin “İnsanın əlası, ustadlığın piri, sənətin zirvəsi”, Salman Qaraların “Qoşmanın misradaxili bölgüləri haqqında”, gənc araşdırmaçı Amil Səliminin “Azərbaycan kinofilmlərində aşıq havalarının təcəssümü”, şair-publisist Əkbər Qoşalının “Təbrizli, İmanlı Təbriz İman” adlı elmi-publisistik məqalələri və aşıq yaradıcılığı ilə bağlı digər yazılar və poeziya nümunələri yer alıb.