Azərbaycan Mədəniyyət Mərkəzi ilə universitet arasında əməkdaşıq məsələləri müzakirə olunub

post-img

Özbəkistandakı Heydər  Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və mərkəzin əməkdaşları Nizami Gəncəvi adını Daşkənd Dövlət Pedaqoji Universitetində olublar. 

Əvvəl onlar böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin universitetin qarşısındakı abidəsi önünə gül dəstələri qoyublar. 

Sonra Akif  Marifli ilə universitetin rektoru Abduqaffar Qırğızbayev arasında görüş keçirilib. 

Abduqaffar Qırğızbayev qonaqları salamlayaraq universitet haqqında məlumat verib, deyilib ki, bu ali təhsil ocağı 1947-ci ildən Nizami Gəncəvinin adını daşıyır, bu da milli mədəni irsimizə hörmətin bir nümunəsidir. Rektor qeyd edib ki, Bakıda  böyük özbək şairi Əlişir Nəvainin abidəsi ucaldılıb, şairin “Xəmsə”si Azərbaycan dilində çap olunub.

Görüşdə Azərbaycan və Özbəkistan arasında mədəni-humanitar sahədə əlaqələrin genişlənməsi, iki ölkə liderlərinin səmimi dostluq münasibətləri, bunun əməkdaşlığımızın möhkəmlənməsinə təkan verməsi  məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Deyilib ki, AMM ilə universitet uzun illərdir ki, əməkdaşlıq edir, birgə layihələr həyata keçirir. 

Görüşün sonunda tərəflər qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim ediblər.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 







Mədəniyyət