Bu gün Sabirabadda Bayraq Muzeyində Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılıgı ilə ''Sazlı, sözlu kəlagayı günləri'' layihəsi çərçivəsində '' Kəlagayı yasıl dünyaya töhfədir'' adlı tədbir keçirildi.
Tədbirdə rəssam Gülnarə Məmmədovanın kəlağayıdan bəhs edən rəsm əsərləri, Güllü Eldar Tomarlının yaşıl dünyanı özundə əks etdirən əl işləri, yaşı əsrlərə söykənən qədimi kəlağayıları sərgiləndi.
Tədb iri giriş sözü ilə Sabirabad Rayon İcra Hakimiyyətinin birinci
müavini Həsən Həsənov açaraq qonaqları və tədbir iştirakçılarını salamladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Himni səsləndirildi.
Həsən Həsənov tədbirin mahiyyətindən, milli dəyərlırimiz olan kəlağayının gələcək nəsillərə ötürülməsinin vacibliyndən danışdı.
Sonra söz Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri, Kəlağayı Muzeyinin direktoru, '' Sazlı, sözlü kəlağ ayı günləri'' layihəsinin rəhbəri Güllü Eldar Tomarlıya verildi.O, layihə nin 2024-cü ilin yanvar ayından həyata keçirdiyini və ilin sonuna qədər davam edəcəyini, bu layihənin hər bölgədə sevgilərlə qarşılan dığını bildirdi. O, qeyd etdi ki, ana təbiət və minillərin yadigarı kəlağayımız gündəlik həyat tərzimizlə bir harmoniya təşkil edir. Kəlağayı mənəviyyatımızın, adət- ənənəmizin, mədəniyyətimizin, milli geyimlərimizin bir hssəsini təşkil edir. Kəlağayı yaşıl dünyaya töhfədir. Kəlağayının ipək parçası, rəngləri, naxışları buna əyani sübutdur. Cənab Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixi sərəncamına əsasən 2024-cü il ''Yaşıl dünya naminə həmrəylik ili'' elan olub. Mirvarid Dilbazi Poeziya Məclisi ilboyu yaşıl dünyanı özündə əks etdirən tədbirlər, sərgilər təşkil edir.
Tədbirdə Sabirabad Rayon İcra hakimiyyətinin müavini, ictimaii, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova öz çıxışında milli mənəvi dyərlərimiz olan kəlağayının bütün zamanlarda xanımlarımızın milli qeyrət ölçüsü, urvat ölçüsü kimi önəmli olduğunu bildirdi.
Əməkdar Mədəniyyət İşçisi, aşıq Solmaz Kosayevanın rəngarəng musiqi nömrələri alqışlarla qarşılandı.
Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyətinin üzvü Tərxanım Museyibqızı, məclisin üzvü Səyalı Dadaşova, şairlərdən məclisin üzvü Rəqibə Qəvvas, şair Xanoğlan Xan kəlağayı haqqında fikirlərini söylədilər, şeirlər səsləndirdilər.
Sonda Güllü Eldar Tomarlı təşkilati dəstək üçün Sabirabad Rayon İcra Hakimiyyətinə, aidiyyatı olan dövlət qurumlarına və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.