Pakistanda kömür mədəninə silahlı hücum 20 adamın həyatına son qoyub

post-img

Pakistanın Bəlucistan əyalətinin Duku rayonundakı terrorçuların kömür mədəninə silahlı hücumu zamanı ilkin məlumata görə 20 adam həlak olub, 7 nəfər müxtəlif dərəcədə xəsarət alıb.

Pakistan mətbuatının verdiyi məlumata görə terorçular hücum zamanı odlu silahla yanaşı raket və qumbaradan da istifadə ediblər. Əməliyyat zamanı ətfarda olan bir neçə maşın da yandırılıb. Həlak olanlar arasında Əfqanıstan vətəndaşları da var. 

Hələ ki, terror aktına görə məsuliyyəti regionda qeyri-qanuni fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

İslamabad 

 

Dünya