Gəncə şəhərində Qrant layihəsinin təqdimatları keçirildi

post-img

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycanın şirin inciləri” Qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiyasiyası tərəfindən 14 iyun 2024-cü il tarixində  Gəncə şəhərində Qrant layihəsinin təqdimatları keçirildi.

AMKA-nın prezidenti Tahir Əmiraslanov saat 11:00-13:00 kimi Azərbaycan Texnologiya Univesitetinin müəllim və professor heyətinə “Qərbi Azərbaycanın şirin inciləri”  mövzusunda mühazirə oxudu.

Tədbirin ikinci hissəsi saat 16:00-20:00 “Aşxana” etno-muzey restoranında davam etdi.

Tədbirin açılışında AMKA-nın Prezidenti Tahir Əmiraslanov, Türkiyə Respubliksanın Gəncədəki Baş Konsulu cənab Recep Öztop, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, AMEA-nın Gəncə Bölməsinin Azad Həmkarlar Komitənin sədri Sənan Həsənov, Dini Komitənin Gəncə Regional Bölməsinin sədri Məmmədov Həsən, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Texnologiya Universitetinin dekanı Mehman İsmayılov,  “Dəmir yumruq”  Dostlar cəmiyyətinin sədri Nicat Əsgərov, Ticarət və Xidmət Peşə məktəbinin müəllimi Mahmudova Fidan, Azərbaycan Texnologiya Universitetinin dosentləri Qasımova Afət və Mərdan Tağıyev, “Aşxana” etno-muzey restoranının sahibi Cəhəngirov Mobil çıxış ediblər.                                  

Tədbirdə həm də Ticarət və Xidmət Peşə məktəbin müəllimləri, Gəncə Aqrar Univeritetinin müəllimləri, Azərbaycan Texnologiya Universitetinin müəllimləri və tələbələri, “ Gəncə naftalan” sağlamlıq mərkəzinin rəhbəri Tahir Quliyev, Gəncə Qənnadı Fabrikin direktoru Məmmədov Mirməhəmməd, Qərbi Azərbaycan İcmayəsinin Gəncə şəhəri Bölməsinin nümayəndələri, “Aşxana” restoranı əməkdaşları iştirak etdilər. 

İştirakçılar sertifikat və diplomlarla təltif edildi.

 Tədbirdə Qərbi Azərbaycanın mətbəxi və şirniyyatları (İrəvan kətəsi, mafiş, qoğal, badambura, paxlama, umac halvası və s.) təqdim olundu. Əlavə olaraq Qərbi Azərbaycanın klassik mətbəxindən əvəlikli cizdaqlı əriştə şorbası və əvəlikli plov qonaqlar üçün də hazırlanmışdı. Restoranda AMKA-nın Prezidenti Tahir Əmiraslanovun kitabları təqdim olunmuşdu.

 





Mədəniyyət