Azərbaycanda Qırğızıstan mədəniyyəti günləri keçiriləcək

post-img

Aprelin 23-dən 26-dək Azərbaycanda Qırğızıstan mədəniyyəti günləri keçiriləcək.      

Aprelin 23-də Bakıya gələcək Qırğızıstan nümayəndə heyətinə bu ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov rəhbərlik  edəcək.       Nümayəndə heyətinə Qırğızıstan Qəhrəmanı Medetkan Şerimkulov, ölkənin dövlət dili və dil siyasəti üzrə Milli Komissiyasının sədri Melis Murataliyev, Qırğızıstanın Xalq artistləri Tuqolbay Kazakov, Muratbek Beqaliyev, Kırqızbay Osmonov, həmçinin rəssamlar, dizaynerlər, rejissorlar, cənətkarlar, o cümlədən Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının, Toktoqul Satılqanov adına Qırğıızıstan Milli Filarmoniyasının, Aak-Maral” Dövlət Rəqs Ansamblının, “Muras” Folklor-Etnoqrafik Ansamblının və digər qurumların üzvləri daxildir.     

Tədbirlər əsasən Bakıda keçiriləcək, paytaxtda qırğız rəssamlarının, milli sənət növlərinin, zərgərlik məmulatlarının, qədim və müasir geyimlərin, həmçinin milli mətbəx nümunələrinin sərgiləri keçiriləcək, qırğız filmlərinnin nümayişi olacaq. 

Aprelin 23-də Nizami adına Kino Mərkəzində Qırğızıstan Kinosu günlərinin, aprelin 24-də isə  Heydər Əliyev Mərkəzində Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimləri keçiriləcək.  

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Bişkek



Mədəniyyət