Qusar Dövlət Ləzgi Dram Teatrı Mirzəli Rüstəmovun “Yeni müdir” tamaşasını teatrsevərlərə təqdim edib. Ləzgi dilində oynanılan tamaşanın quruluşçu rejissoru Bağır Əhmədov, rəssamı Bədəl Bədəlov, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
Qusar rayon Mədəniyyət Mərkəzində oynanılan səhnə əsərində əsas rolları aktyorlar Arzu Məmmədrzayeva, Elnur Hacıyev, Yeganə Kərimova, Emma Xeyirbəyova, Diana Cəfərova və başqaları ifa ediblər.
Zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı ilə baxımlı olan səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Teatrın direktoru Faiq Qardaşov bildirib ki, hazırda Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası və Vüqar Haqverdiyevin “Saçları səməni oğlan” əsərlərinin məşqləri davam edir. Mövsüm ərzində teatr şimal bölgəsinin bütün rayonlarında, həmçinin Bakı, Şəki, Lənkəran və Mingəçevirdə qastrol səfərləri ilə çıxış edəcək.
XQ