Aktotı Raimkulova: “Türk dünyasının maddi-mənəvi dəyərlərini hər yerdə təbliğ etməliyik”

post-img

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova XQ-ya fondda türk dövlətlərinin maddi-mənəvi irsinin təbliğinə həsr olunan tədbir barədə məlumat verib. Bildirib ki, bu cür tədbirlər vasitəsilə türk dünyasının mədəniyyətini, ədəbi irsini təbliğ etmək və türk xalqlarına mənsub milli dəyərləri qoruyub saxlamalıyıq:

- Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Prezident İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan Türkiyə prezidentlərinin dəstəyi ilə yaradılıb. Fond yarananda türk xalqlarının və türk dünyasının maddi- mənəvi irsinin təbliği prioritet istiqamət kimi seçilib. Bu gün burada Qırğızıstan Respublikasının Xalq yazıçısı, dramaturq və ictimai xadim İmanəliyev Kayrat Oljobaeviçin yaradıcılıq gecəsinə toplaşmışıq. Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanır. Bunu burada aparılan müzakirələrdən də görmək mümkündür. Tədbirdə ziyalılar, Bakı Dövlət Universitetinin tələbələri də iştirak edirlər. Biz həmişə, hər yerdə türk dünyasının maddi-mənəvi dəyərlərini, zəngin irsini və mədəniyyətini təbliğ etməliyik. Qeyd edim ki, bu istiqamətdə bir sıra görüşlərimiz olacaq. 

Fidan

XQ

Mədəniyyət