ABŞ televiziya sənayesinin ən mötəbər tədbirlərindən biri – “Emmy” mükafatlarının təqdimatı mərasimi olub.
CNN telekanalı xəbər verir ki, Hollivuddakı tətil səbəbindən təxirə salınan “Emmy” mükafatlarının 75-ci təqdimat mərasimi Los-Ancelesdəki Peacock Teatrında keçirilib. Gecəyə bir media rəhbərinin ailəsinin hekayəsini təqdim edən “Succession” (“Varislik”) serialı damğa vurub. Bu ekran əsərinin baş rollarının ifaçıları Sara Snok, Kieran Kalkin və Metyu MakFadyen əsas mükafatlara layiq görülüblər. Serial, həmçinin ən yaxşı drama filmi mükafatını da alıb.
Bununla yanaşı, “The Bear” (“Ayı”) filmi ən yaxşı komediya və ən yaxşı ssenari nominasiyalarında mükafatlara layiq görülüb.