"Mədəni yaddaşımızda Qərbi Azərbaycan"

post-img

Dekabrın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə Qərbi Azərbaycan incəsənətinə həsr edilmiş "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" adlı sərgi açılıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılıgı, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə keçirilən sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və "Qızılı xalçalar" Qalereyasının kolleksiyasından təsviri və dekorativ tətbiqi sənətin müxtəlif növlərinə aid eksponatlar, foto və tarixi sənədlər, numizmatika nümunələri və s. nümayiş etdirilir.  

Təqdim olunan ekspozisiyada ölkəmizin muzey tarixində ilk dəfə olaraq süni intellekt vasitəsilə Sərdar sarayının Qacar üslubunda işlənmiş füsunkar interyeri foto proyeksiya ilə canlandırılır. Sərgidə nümayiş olunan arxiv fotoları Dövlət Rus Muzeyi və Gürcüstan Dövlət İncəsənət Muzeyindən əldə edilib. Burada, həmçinin Azərbaycan dəzgah boyakarlığının banisi M.Q.İrəvaninin nəslinə və soykökünə aid olan, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılan saray üçün işlədiyi pannoların surətləri və indiyə kimi heç bir yerdə nümayiş olunmayan divar rəsmlərinin eskizləri də var. Azərbaycan rəssamı Bəhruz Kəngərlinin erməni daşnaklarının törətdiyi vəhşiliklər nəticəsində yurd-yuvalarından didərgin düşərək Naxçıvana sığınmış insanları təsvir etdiyi "Qaçqınlar" silsilə nümunələri də sərgilənir. Əslən Qərbi Azərbaycandan olan Xalq rəssamı Hüseyn Əliyevin qrafika əsərləri və görkəmli xalçaçı rəssam Kamil Əliyevin müəllifi olduğu xalçalar da sərgidə nümayiş etdirilən eksponatlar sırasına daxildir. Qeyd edək ki, sərgi 28 fevraladək davam edəcək.















Mədəniyyət