Beynəlxalq Musiqi Festivalı Şuşada davam edir

post-img

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı dünən mədəniyyət paytaxtımız Şuşada müxtəlif konsert proqramları ilə davam edib. 

Festival çərçivəsində ilk konsert Şuşa­dakı Yaradıcılıq Mərkəzində təşkil olunub.

Konsert proqramında tanınmış mü­ğənnilər Nəzakət Teymurova – Bayatı-Şi­raz dəstgahı, Firuz Səxavət – Mahur-Hindi dəstgahı, Cabir Abdullayev – Zabul-Se­gah dəstgahı, Nuriyyə Hüseynova – “Ça­hargah” kompozisiyası ifa ediblər.

Növbəti konsert proqramı X.Natəva­nın evinin qarşısında keçirilib. Proqram­da İlkin Əhmədov, Gülyaz Məmmədova, Almaz Orucova, Gülüstan Əliyeva çıxış edib. 

Festival çərçivəsində həmçinin qo­naqlar və digər ölkələrdən gəlmiş iştirak­çılar Şuşa şəhərində tarixi-mədəni abi­dələrimizlə tanış olublar. Onlara Şuşada aparılan yenidənqurma işləri barədə mə­lumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb.

Axşam saatlarında növbəti konsert Bülbülün ev-muzeyində təqdim olundu. Şuşada yekun konsertin isə ”Qarabağ” otelinin qarşısındakı parkda təşkili nəzər­də tutulub.

Mədəniyyət