Musiqili teatrın səhnəsində monotamaşa göstəriləcək

post-img

28 may saat 17:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Utancaq qız" monotamaşası nümayiş olunacaq.  

Səhnə əsəri dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin eyniadlı fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanıb.

Əsər özündə dərin duyğuları ehtiva edir. Burada, məzlum, yetim, azyaşlı bir qızın acınacaqlı həyat hekayəsindən bəhs olunur. Xalaları onu özündən olduqca yaşlı bir qocaya satıb, başlarından etmək istəyirlər. Elə bu anda qıza dərin məhəbbətlə vurulan xilaskarı peyda olur və balaca qızcığazı əziyyətlərdən qurtarır.

Səhnə əsərində əsas və yeganə rolu Əməkdar artist Şövqi Hüseynov ifa edir.

Rus dilində göstəriləcək tamaşanın ideya müəllifi və bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

 Fidan SALMANOVA,

 “Xalq qəzeti”

 

Mədəniyyət