Detektiv yazarla görüş

post-img

Libraff kitab evinin Elmlər Akademiyasında yerləşən “Park Akademiya” filialında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib. Tədbirdə detektivsevərlərlə yanaşı yazıçının yaxın dostları da iştirak edib. Çingiz Adullayevin bir çox  kitablarına redaktorluq etmiş ictimai xadim, yazıçı Kərim Kərimli yazıçı ilə bağlı xatirələrini bölüşüb.

Sonra, 64 yaşını qeyd edən yazıçı Çingiz Abdullayev çıxış edərək, gələn qonaqları salamlayıb, onlarla maraqlı söhbət edib. 

Libraff kitab evinin rəhbərliyinin və digər qonaqların da təşəbbüsü ilə yazıçıya doğum gününə özəl hazırlanmış tort və digər hədiyyələr təqdim olunub.

Çingiz Abdullayevin müəllifi olduğu, ˝TEAS Press˝ yayım evində azərbaycan və rus dillərində nəşr olunmuş  detektiv romanları 30% endirimlə gələn qonaqlara təqdim olunub.

Tədbirin sonunda yazıçı oxucularının ona təqdim etdiyi kitabları imzalayıb və onlarla xatirə şəkli çəkdirib.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”







Mədəniyyət