Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Bakı Ali Neft Məktəbinin təhsildə fərqlənən tələbələrinə təqaüd ayırıb. Proqramı neftçi tələbələrin şəxsi və akademik inkişafını dəstəkləmək, onlara təhsildə daha yüksək nəticələr əldə etməyə stimul yaratmaq məqsədi daşıyır.
Layihənin təqdimatı ilə bağlı ali məktəbdə keçirilən mərasimdə rektor Elmar Qasımov tələbələrə göstərilən diqqət və qayğıya görə həmkarlar ittifaqının rəhbərliyinə təşəkkürünü bildirib, belə təşəbbüslərin təhsil alan gənclərin həyatında önəmini vurğulayıb.
Sonra 40 tələbəyə təqaüd kartı verilib..
Q.YUSİFOĞLU
XQ


