20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad olunmuş Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında da yad edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, siqnallar verilib, qəhrəman Vətən övladlarının xatirəsi anılıb. Bayraqlar yarıya qədər endirilib.












