Kazana uçan təyyarə Bakıda eniş edib

post-img

“FlyDubai” aviaşirkətinə məxsus, Dubay — Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Beynəlxalq hava limanından XQ-ə bildirilib ki, “Boeing 737” tipli təyyarə saat 00:04-də Bakıya uğurla eniş edib.

Hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə səfərbər edilib və görülən tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına tam uyğun həyata keçirilib.

Son xəbərlər