“Azərbaycanda alman izləri” fotoalbomu

post-img

Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə tanınmış fotoqraf Etibar Cəfərovun “Azərbaycanda alman izləri” adlı fotoalbomu nəşr olunub.

Alman və ingilis dillərində işıq üzü görən bu unikal nəşrdə ölkəmizdə almanların zəngin tarixi, mədəniyyəti və töhfələri təsirli görüntülərlə təqdim olunur. Fotokitabın hazırlanmasında  alman tarixçisi professor Eva-Maria Aux da yaxından iştirak edib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin yazdığı “Ön söz”də qeyd olunub ki, 2017-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi qeyd olunub. Azərbaycanın təşəbbüsü ilə bu əlamətdar hadisə UNESCO-nun rəsmi yubileylər proqramına daxil edilərək beynəlxalq səviyyədə tanınıb.

XQ



Son xəbərlər