Baş prokurorun Naxçıvanda əməliyyat müşavirəsi

post-img

Sentyabrın 18-də Baş prokuror Kamran Əliyev Naxçıvana səfər edib. Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Baş prokurorun rəhbərliyi ilə Muxtar Respublika, Naxçıvan hərbi, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqların əməkdaşlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Baş prokuror Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması, birliyimizin, həmrəyliyimizin, müstəqilliyimizin və ərazi bütövlüyümüzün bariz nümunəsi olduğunu bildirərək, Ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının inkişafına verdiyi töhfə, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən hüquq sistemində aparılmış islahatlar, işğaldan azad olunmuş ərazilərimizdə birinci vitse-prezident Mehriban xanım Əliyevanın da yaxından iştirakilə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib.

Müşavirədə, həmçinin Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev Muxtar Respublikanın prokurorluq orqanlarında görülən işlər barədə çıxış edərək, Baş prokurorluğun muxtar respublika prokurorluğuna daima diqqət və qayğısı, eləcə də digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət barədə ətraflı məruzə ilə çıxış edib.

Daha sonra Kamran Əliyev xidmətdə fərqləndiklərinə görə bir qrup prokurorluq əməkdaşını təltif edib.

XQ

Son xəbərlər