BMT-nin Qida Sistemləri üzrə II Sammiti

post-img

Azərbaycan qida sistemlərinin transformasiyası istiqamətində qlobal səyləri dəstəkləyir

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində BMT-nin Qida Sistemləri üzrə II Sammiti (UNFSS+4) işə başlayıb.

Tədbir çərçivəsində Nazirlərin Yüksək Səviyyəli Toplantısında çıxış edən Məcnun Məmmədov artan çağırışlar fonunda bəşəriyyətin gələcəyi üçün qida sistemlərinin transformasiyasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

İqlim dəyişikliyi və digər qlobal çağırışların aqroərzaq sistemlərinə təhdid yaratdığını deyən nazir vaxtında və koordinasiya olunmuş fəaliyyətin vacib olduğunu, qida sistemlərinin transformasiyasının zəruri olduğunu diqqətə çatdırıb.

Məcnun Məmmədov Sammit çərçivəsində Somali, Efiopiya, Ruanda respublikalarının kənd təsərrüfatı nazirləri, eləcə də Konqonun xarici işlər və əməkdaşlıq naziri Jan-Klod Qakosso və Afrika İttifaqının Kənd təsərrüfatı komissarı Moses Vilakati ilə görüşüb.

 

Son xəbərlər