Səlahiyyətli nümayəndə Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

post-img

İyulun 24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Naxçıvanın bu münasibətlərin inkişafında mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. Xüsusilə ticarət və investisiya qoyuluşu sahələrində böyük perspektivlərin olduğu bildirilib, türkiyəli iş adamlarının bu sahələrdə fəal işbirliyinin vacibliyi diqqətə çatdırılıb.

Söhbət zamanı digər istiqamətlərdə də perspektiv imkanlar müzakirə edilib.

Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya görüşdə iştirak edib.

 

 



Son xəbərlər