Mayın 27-də Qəbələdə Baş Prokurorluğun təşkilatçılığı ilə “Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun rolu” mövzusunda regional konfrans keçirilib.
Tədbirdə 12 regionun prokurorluq orqanlarının media ilə işləməyə məsul əməkdaşları, dövlət və qeyri-hökumət təşkilatları, media qurumları, təhsil müəssisələri və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq və əməliyyat-axtarış fəaliyyətində qanunlara nəzarət idarəsinin rəisi Mahir Abbasov milli suverenliyin hüquqi əsasları və təminat mexanizmləri barədə geniş məlumat verib.
Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi - mətbuat katibi Anar Eyvazov, Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, mətbuat Şurasının icraçı katibinin müavini Fəridə Ağazadə, Qəbələ Rayon Ağsaqqallar Şurasının üzvü Telman Abdulxalıqov çıxış edərək milli suverenliyin hüquqi əsaslarının möhkəmləndirilməsində hüquq-mühafizə orqanlarının funksional rolundan, Ordumuzun formalaşması və müasir silahlı qüvvələrin yaradılmasının milli maraqların təminatında həlledici faydasından, dövlət orqanlarının fəaliyyətinə inamın gücləndirilməsi və milli suverenliyin dayanıqlı şəkildə qorunması üçün hüquqi informasiyanın düzgün və vaxtında çatdırılmasının vacibliyindən danışıblar.
XQ