Naxçıvan Muxtar Respublika Xəstəxanası və Şahbuz Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıqların təqdimatı olub

post-img

Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) tabeliyində fəaliyyət göstərən Naxçıvan Muxtar Respublika Xəstəxanası və Şahbuz Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıqların təqdimatı olub.

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsinə xüsusi diqqət göstərilir. Muxtar respublikada da bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün təqdim olunan tibbi avadanlıqlar təkcə texniki yenilənmə deyil, həm də əhalinin sağlamlığına verilən dəyərin göstəricisidir. 

Regionlarda yüksək səviyyəli tibbi xidmətin təşkili dövlətimizin sosial siyasətinin əsas prioritetlərindəndir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Humanitar məsələr şöbəsinin müdir müavini Hüseyn Ələsgərov qeyd edib ki, səhiyyə infrastrukturunun gücləndirilməsi, xüsusilə rayon və bölgə xəstəxanalarının imkanlarının genişləndirilməsi insanların yaşadıqları ərazidə keyfiyyətli tibbi xidmətə çıxışını təmin edir. Bu təşəbbüs bir daha sübut edir ki, vətəndaşların sağlamlığı dövlət siyasətində prioritet yer tutur və bu istiqamətdə layihələr davamlı olaraq reallaşdırılacaq.

Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin İcraçı direktoru Vüsal Məmmədov qeyd edib ki, bu gün təqdim olunan avadanlıqlar ən müasir texnologiyalara əsaslanır və tibb müəssisələrinin fəaliyyətində mühüm rol oynayacaq. Bu yeniliklər tibb işçilərinin fəaliyyətini asanlaşdıracaq, pasiyentlərin isə xidmət keyfiyyətindən məmnunluğunu artıracaq.

Sonra alınan tibbi avadanlıqlara baxış olub. Bildirilib ki, Naxçıvan Muxtar Respublika Xəstəxanası üçün 2 ədəd Narkoz aparatı Penlon Prima 320A , 3 ədəd Bipolyar koaqulyator Ensurg SSE tur plus, 3 ədəd Contec TS13 modular sistemli xəstəbaşı monitor, Şahbuz Rayon Mərkəzi Xəstəxanansı üçün isə İtalya İstehsalı olan Esaote Mylab X6 model Ultra səs müayinə aparatı üç ədəd ötürücü ilə birlikdə alınıb gətirilib.

Qeyd olunub ki, hazırda digər tibbi cihazların da çatdırılması və quraşdırılması mərhələli şəkildə davam etdirilir. Bunlara 1 ədəd Rentgen cihazı, 1 ədəd EKQ cihazı, 1 ədəd EMQ cihazı, 1 ədəd USM cihazı daxildir. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası üçün isə rəqəmsal portativ rentgen cihazının alınması və digər avadanlıqların təmiri üzrə müsabiqə yekunlaşıb, müvafiq müqavilə bağlanaraq sifarişlər təqdim olunub. Bu avadanlıqlar müasir tibbi xidmətin təşkili və xəstələrə operativ, effektiv yanaşmanın tətbiqi baxımından mühüm rol oynayacaq.

Hal-hazırda Şərur Regional Tibb Mərkəzi üçün Kompüter tomoqrafiya cihazı (KT), Hemodializ Mərkəzi üçün 20 ədəd dializ cihazı və 22 ədəd dializ kreslosu, digər tibb müəssisələri üçün isə sidik analizatoru, USM (doppler dəstəkli), koaqulyator, defibrilyator, EKQ və xəstəbaşı monitorları kimi avadanlıqların tender prosesləri davam etdirilir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi üçün küvez, əməliyyat masası, portativ monitor və ultrasəs cihazlarının satınalma prosesi də həyata keçirilir.

 













Son xəbərlər