Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-4-cü maddəsinə uyğun olaraq Əhmədov Zəfər Vahid oğlu Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
İsmayılov Orxan Nadir oğlu,
Musayev Aqil Əlisa oğlu.
3. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsinlər:
Allahverdiyev Elbəy Hidayət oğlu,
Əyyubov Fərid İlham oğlu,
Sarıyev Xəyal Əjdər oğlu.
4. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin sədri
Bakı şəhəri, 11 aprel 2025-ci il